"Zirə"nin rəqibi əlcəzairli futbolçu ilə güclənib

10:40 22.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Zirə"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Şerif” heyətini gücləndirib.

Sid Ahmed Ayssaui icarə əsasında Tiraspol klubunda çıxış edəcək.

19 yaşlı yarımmüdafiəçi ÇSKA-dan (Rusiya) heyətə cəlb olunub. Əlcəzairli futbolçu mövsümün sonuna kimi “Şerif”də oynayacaq.

Qeyd edək ki, “Zirə” ilə “Şerif” arasında ilk görüşün iyulun 11-də Moldovada, cavab matçı 1 həftə sonra Bakıda keçiriləcək.

Oxunma sayı 117