Rusiya cəbhəyə könüllülərin cəlb edilməsi sisteminin sonuna yaxınlaşır və bu da Kremli getdikcə daha çox məcburi səfərbərlik dalğasını nəzərdən keçirməyə vadar edir.
Hafta.az xəbər verir ki, bu barədə “Kiyev İndependent” məlumat yayıb.
Nəşr xatırladır ki, 2022-ci ilin sentyabrında elan edilmiş ilk "qismən səfərbərlik" dalğası Ukraynanın Xarkov vilayətində uğurlu əks-hücumu başa çatdıqdan sonra həyata keçirilmişdi. Həmin vaxt Kreml təxminən 300 min ehtiyatda olan hərbçini səfərbər etmişdi ki, bu da etirazlara və rusiyalıların kütləvi şəkildə ölkədən getməsinə səbəb olmuşdu. O vaxtdan bu günədək hakimiyyət yeni genişmiqyaslı çağırışdan yayınmağa çalışaraq əsas diqqəti könüllü müqaviləli hərbçilərə və məhkumların hərbi xidmətə cəlb edilməsinə yönəldib.
Məqalədə qeyd edilir ki, bu model indi zəifləməyə başlayıb.
Ukrayna kəşfiyyatının məlumatına görə, 2026-cı ilin birinci rübündə təxminən 70.500 yeni hərbçi müqavilə imzalayıb ki, bu da Rusiya Müdafiə Nazirliyinin planlarından xeyli aşağıdır. Mütəxəssislərin fikrincə, bu rəqəm son üç ildə ən aşağı göstəricidir.
Nəşrin qeyd etdiyinə görə, problem Rusiya ordusunun böyük itkiləri ilə daha da ağırlaşır. Belə ki, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) hesabatına görə, 2025-ci ilin sonuna qədər Rusiyanın itkiləri təxminən 325.000 ölümlə 1,2 milyona çata bilər. Beləliklə, bu itkiləri kompensasiya etmək üçün də Moskvanın ayda 30.000-dən çox yeni əsgər cəlb etməyi lazımdır.
Analitiklər isə qeyd edirlər ki, Kreml artıq əhali üzərində gizli təzyiqi gücləndirir. Belə ki, ölkə tələbələri hərbi xidmətə cəlb etməyə çalışır, müəssisələr üçün işə qəbul planlarında dəyişiklik edir, eləcə də tibbi və ya inzibati yoxlamalar adı altında ehtiyatda olan əsgərlərə çağırış vərəqələrinin göndərməyə çalışır. Bununla da, ekspertlər düşünür ki, Rusiya üçün vəziyyət getdikcə çətinləşir.Axar.az