Rusiya vətəndaşı olan 1,5 milyon insan ikinci ölkə vətəndaşlığına malikdir.
Hafta.az-ın yazdığına görə, “Nimrod” miqrasiya konsaltinq şirkətinin araşdırması başqa ölkədən vətəndaşlıq almaq istəyən rusların portretini də ortaya çıxarıb. Məlum olub ki, daha çox aylıq gəliri 300 min rubldan (3 min dollar) çox olan 40-50 yaşlarında kişilər, xüsusilə də kiçik və ya orta biznes nümayəndəsi ikili vətəndaşlıq alıb.
Onların vətəndaşlıq almaq istəmələrinin əsas səbəbi işlərinin xarici bazarlarla iç-içə olmasıdır.
Hər iki müraciət edəndən biri dünya üzrə rahat səyahət etmək üçün güclü pasportu olan ölkənin vətəndaşlığını almaq istəyir.
Araşdırma ilə bağlı məlumat verən “Nezavisimaya qazeta” yazır ki, Türkiyə, Ermənistan və Gürcüstan vətəndaşlıq üçün ən çox müraciət edən ölkələr sırasındadır.