Uqandada yaşayan, 12 arvadı, 102 uşağı və 568 nəvəsi olan fermer artıq uşaqlarına baxa bilməyəcəyini bildirərək dövlətdən kömək istəməsi ilə diqqət mərkəzinə düşüb. Ailəsinin daha çox böyüməsini istəmədiyini bildirən kişi qəzetlərə ailə planlaması ilə bağlı arvadlarına göstəriş verdiyini deyib.
Uqandanın Bugisa şəhərində yaşayan 67 yaşlı fermer Musa Hasahya 12 otaqlı geniş evdə yaşayır. Ancaq ailəsinin böyüklüyünü nəzərə alsaq, bu ev onlara çatmır...
Çoxarvadlılığın qanuni olduğu bölgədə yaşayan Musa Hasahyanın 12 arvadı, 102 uşağı və 568 nəvəsi var. Övladlarını nəvələrindən ayıra bilsə də, hamısının adını bilmədiyini səmimi etiraf edir.
İlk həyat yoldaşı Hanife ilə 1971-ci ildə 16 yaşında ikən ailə quran fermer iki ildən sonra dünyaya gələn qızı ilə ilk dəfə ata olub.
Torpağı və yaxşı işi olduğu üçün ailəsini genişləndirmək istədiyini izah edən Musanın ardıcıl evliliklərindən sonra kiçik bir tayfaya bənzəyən ailəsi olub.
Amma 6-51 yaşlı uşaqlarının üçdə biri hələ də onlarla birlikdə yaşadığına qulluq etmək artıq əvvəlki kimi asan deyil.
Bütün övladlarının oxumasını istədiyini deyən fermer hazırda onlara baxmaqda çətinlik çəkdiyini bildirərək dövlətdən kömək istəyib.
Yerli mətbuata açıqlama verən kişi ailəsinin daha da genişlənməsini istəmədiyini bildirib: "Məhdud imkanlara görə artıq bu vəziyyətə dözə bilmirəm".
Sayılarının çox olmasına baxmayaraq, ailəsinin bütün üzvlərinin bir-biri ilə yaxşı anlaşdıqlarını ifadə edən Musa, "Torpaq münbit olanda heç bir problemim yox idi. Ancaq həyat bahalaşması səbəbindən illər keçdikcə gəlirim azaldı və Mən böyüdükcə ailəm böyüdü”. ifadələrdən istifadə etmişdir.
Böyük övladı kiçik həyat yoldaşından 21 yaş böyük olan fermer uzun müddət yerli mətbuatda məşhur olub və bu gün beynəlxalq mətbuatın diqqət mərkəzində olub.