Yazını böyüt
Yazını kiçilt
İlin 11 ayı ərzində 4019 nəfər peşə hazırlığı kurslarına cəlb olunub. Onlardan 1547 nəfər işlə təmin olunub.
Hafta.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
"Peşə hazırlıq mərkəzləri üzrə peşə hazırlığına cəlb olunanların sayı 2 min 352, özəl tədris müəssisələri üzrə 1667 nəfərdir", - deyə M.Abbasbəyli qeyd edib.
Agentliyin İdarə Heyəti sədrinin sözlərinə görə, Bərdə və Qubada yeni peşə hazırlığı mərkəzlərinin yaradılması istiqamətində işlər görülür.