11 mindən çox şagird diaqnostik qiymətləndirmədə iştirak edib

17:52 08.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2021-2022-ci tədris ilində paytaxtın Səbail rayonu üzrə ümumi təhsil müəssisələrinin II-IX sinif şagirdlərinin iştirak etdiyi diaqnostik qiymətləndirmədə 11 424 şagird iştirak edib.

Hafta.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2021-2022-ci tədris ilinin yekunlarına dair hesabatında qeyd olunub.

Daha sonra diaqnostik qiymətləndirmə materialları BŞTİ-nin tabeliyindəki bütün ümumi təhsil müəssisələrinə göndərilib.

Yekun nəticələrlə bağlı inkişaf planları təhsil müəssisələrinə təqdim olunub.