Akademik Cəlal Əliyevin məzarı ziyarət olunub

13:12 30.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 30-da akademik Cəlal Əliyevin anadan olmasının 98-ci ildönümüdür. Bu münasibətlə Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya İnstitutunun direktoru vəzifəsini icra edən, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynovanın rəhbərliyi ilə institutun kollektivi, Kənd Təsərrüfatı Nazirliyinin və Əkinçilik Elmi -Tədqiqat İnstitutunun əməkdaşları alimin Fəxri xiyabanda məzarını ziyarət edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Hafta.az xəbər verir ki, akademik İradə Hüseynova, AMEA-nın müxbir üzvü İbrahim Əzizov akademik Cəlal Əliyevin Azərbaycan biologiya elminin inkişafında müstəsna xidmətlərindən söz açıblar.

Vurğulanıb ki, alimin zəngin elmi irsi və yaratdığı elmi məktəb, yetişdirdiyi kadrlar bu gün də Azərbaycan elminin inkişafına xidmət edir və gələcək nəsillər üçün mühüm örnəkdir.

Akademik Cəlal Əliyevin adı Azərbaycan elm tarixində həmişə ehtiramla xatırlanacaq.