Yazını böyüt
Yazını kiçilt
Cari ilin yeddi ayı ərzində 123 qadın sahibkara 4,9 milyon manat güzəştli kredit verilib.
Sahibkarlığın İnkişafı Fondan hafta.az-a bildirilib ki, ötən ilin müvafiq dövründə bu göstərici 61 qadın sahibkar üzrə 4,5 milyon manat təşkil edib. Bu ilin yanvar-iyul ayları ərzində gənc sahibkarların 59 layihəsi maliyyələşdirilib və bu məqsədlə 5,2 milyon manat vəsait ayrılıb.
Ötən ilin müvafiq dövründə isə 34 gənc sahibkar 1,1 milyon manat güzəştli kredit vəsaitindən faydalanıb.