13 günlük uşağın üzərinə qaynar su tökülüb

10:10 21.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda 13 günlük uşağın üzərinə qaynar su tökülüb.

 

Hafta.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

 

Sumqayıt şəhər sakini, 2024-cü il təvəllüdlü (13 günlük) Xanməmmədli Zeynəb Yaşar qızı ehtiyatsızlıqdan yaşadığı evdə üzərinə qaynar su tökülməsi nəticəsində termik yanıq xəsarətləri alıb.

 

Yaralı dərhal xəstəxanaya çatdırılıb.