14 yaşlı oğlanı ildırım vurub öldürdü

11:59 01.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tovuzda 14 yaşlı oğlanı ildırım vuraraq öldürüb.

2010-cu il təvəllüdlü, Tovuz rayon ağdam kənd sakini Abdullazadə Səbuhi Samir oğlu yaşadıqları evin yaxınlığında heyvanlarını otararkən ildırım vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.