15 yaşlı qız itkin düşüb

10:08 13.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda yeniyetmə qız itkin düşüb.

Hafta.az xəbər verir ki, məsələ ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə avqustun 11-i müraciət daxil olub.

Binəqədi qəsəbə sakini E.Məmmədov ərizəsində bildirib ki, 2009-cu il təvəllüdlü qızı N.Məmmədova yaşadıqları evi tərk edib və geri qayıtmayıb.

Oxşar hadisə Gəncədə də baş verib. Ş.Bədəlova polisə şikayət ərizəsində bildirib ki, övladı 2009-cu il təvəllüdlü A.Bədəlova avqustun 11-də yaşadıqları evi tərk edərək itkin düşüb.

Hər iki müraciətlə bağlı araşdırma aparılır.