Elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2026: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə təhsilverənlərin sertifikatlaşdırılması prosesi yekunlaşmış fənlər üzrə ümumi statistikanı açıqlayıb.
Hafta.az xəbər verir ki, sertifikatlaşdırma prosesi yekunlaşmış ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, xarici dil, biologiya, kimya, fizika, coğrafiya və informatika müəllimləri üzrə 9334 nəfər uğursuz nəticə göstərib. Altmış yaşı tamam olmuş heyətin sayı 7 947 nəfərdir.
Qənaətbəxş nəticə göstərənlər (30–50 bal) 52 min 194 nəfərdir. Yüksək nəticə göstərənlər (51 bal və yuxarı) 25 min 508 nəfərdir. Əmək stajında 3 ili tamam olmayan heyət 6 493 nəfərdən ibarətdir
Nazir qeyd edib ki, 16 min 938 müəllim yeni fənlər üzrə setifikatlaşdırma imtahanına cəlb olunub.