17 nəfərə elmi dərəcə verilmədi

11:02 03.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən ay 17 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

 

Bu barədə hafta.az-a Prezident yanında Ali Attestasiya Komissiyasından məlumat verilib.

 

Bundan başqa, may ayı üzrə 25 nəfərə fəlsəfə doktoru, 3 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə 28 nəfərə dosent, 4 nəfərə professor elmi adı verilib, 4 nəfərə isə elmi ad verilməsindən imtina edilib.

 

Eyni zamanda, 1 nəfərin xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədi tanınıb.