Fransanın paytaxtı Parisin Şarl de Qoll hava limanında 18 il yaşamış iranlı Mehran Kərimi Nəsri ölümündən bir neçə həftə əvvəl qayıtdığı hava limanında 77 yaşında vəfat edib.
Parisdə 18 il ölkənin ən böyük hava limanı olan Şarl de Qollda yaşayan iranlı Mehran Kərimi Nəsri dünyasını dəyişib.
Tərcümeyi-halı "Terminal Adam" kitabı olaraq nəşr olunan və məşhur rejissor Stiven Spilberqin 2004-cü ildə çəkdiyi "Terminal" filminə ilham verən 1945-ci il təvəllüdlü 77 yaşlı iranlı Mehran Kərimi Nasserinin də həmin hava limanında dünyasını dəyişdiyi öyrənilib.
Fransız mətbuatında yer alan xəbərlərdə Nasserinin hava limanının 2F terminalında sağlıq qrupları tərəfindən tapılaraq təbii səbəblərdən dünyasını dəyişdiyi bildirilib.
Naseri 1977-ci ildə İranda Şah Məhəmməd Rza Pəhləviyə qarşı etirazlara görə İrandan qovulmuş və bir çox Avropa ölkələrindən sığınacaq üçün müraciət etmişdi.
Uzun sürən mübarizədən sonra Nəsriyə BMT-nin Belçikadakı Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən qaçqın statusu verilib.
Naseri Parisdə Britaniya vətəndaşı olan anasının yanına getmək istəyərkən içərisində qaçqın sənədləri olan çantanı itirib və 1988-ci ildə Fransa polisi tərəfindən həbs edilib.
Naseri 1999-cu ildə Fransada qaçqın statusu və yaşayış icazəsi alıb, lakin heç bir rəsmi sənədi olmadığı üçün deportasiya oluna bilməyib və 2006-cı ilə qədər Paris-Şarl de Qoll hava limanında yaşayıb.
Naseri 2006-cı ildə xəstəxanaya yerləşdirilib, sonra sığınacaq və otelə yerləşdirilib. Lakin hava limanının rəsmiləri bildiriblər ki, Nasirinin ölümündən bir neçə həftə əvvəl o, Paris-Şarl de Qoll hava limanına qayıdıb və orada yaşamağa davam edib.