18 manata da kərə yağı var, 2 manat 50 qəpiyə də... - Açıqlama

16:50 11.03.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Böyük və tanınmış markaların adından istifadə edərək saxta məhsullar istehsal edilir. Həmin markalar saxta məhsul edənlərlə mütəmadi olaraq mübarizə aparır. Azərbaycada isə vəziyyət fərqlidir və bəzən hətta istehsalçı özü bu işlə məşğul olur. Məhsulun saxtası orijinalından daha çox vəsait qazandırır. Ona görə də sahibkarlar məhsulu saxtalaşdırmaqda maraqlı olurlar.

Bu fikirləri hafta.az-a iqtisadçı ekspert AkifNəsirli deyib:

"Digər tərəfdən, gəlin bazara baxaq görək ki, orijinal məhsullara tələbat varmı? Tutaq ki, qatqısız kərə yağı istehsal edildi və həmin yağın qiyməti 15-20 manata çatacaq. Gəlin görək, kilosu15-20 manat arası olan kərə yağını Azərbaycan vətəndaşlarından neçə faizi ala bilər? Təbii ki, çox az bir qismi. Ona görə də istehsalçı maya dəyəri ucuz başa gələn məhsul istehsal etməlidir. Sahibkar da bazara işləyir, o da öz mənfəətini güdür. Təsəvvür edin ki, 18 manata da kərə yağı var, 2 manat 50 qəpiyədə. Bu necə baş verir? Təbii ki, müəyyən qatqılar, süni dadlandırıcılar hesabına maya dəyəri ucuz məhsullar başa gətirilir".