“Şəfa” ilk legioner futbolçu transferini reallaşdırıb

18:00 01.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Şəfa” ilk legioner transferini reallaşdırıb.

Klubdan hafta.az-a verilən məlumata görə, Premyer Liqanın yeni iştirakçısı yarımmüdafiəçi Vlad Marian Popu heyətinə qatıb. Rumıniyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Rumıniya U-21 millisinin sabiq üzvü olan oyunçu son olaraq “Unirya” (Sloboziya) klubunun formasını geyinib. 25 yaşlı futbolçu karyerası ərzində “Universitatya” (Krayova) və “Mioveni” kimi komandalarda da çıxış edib.