1800 abonentin qazı kəsiləcək - Bu gün

16:20 27.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə olacaq.

Bu barədə hafta.az-a "Azəriqaz" İB Sumqayıt QİS-dən bildirilib.

Qeyd olunub ki, şəhərin "Yaşıl dərə" adlanan ərazisində diametri 57 millimetr olan qaz xəttində sızma aşkarlanıb.

Sızmanın aradan qaldırılması ilə əlaqədar bu gün saat 17:00-dan etibarən, ərazidəki 1800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.