2 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı  

17:05 01.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mingəçevirdə 2 yaşlı uşaq binanın 3-cü mərtəbəsindən yıxılıb. Hadisə Energetik yaşayış massivindəki Naxçıvan küçəsində baş verib. 

Nəzarətsiz qalmış 2017-ci il təvəllüdlü şəhər sakini Rəcəbov Uğur İlkin oğlu yaşadığı beşmərtəbəli binanın 3-cü mərtəbəsindən yerə düşüb. 

Ağır xəsarət alan azyaşlı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (APA)