20 000 manat dəyərində qızıl-zinət oğurlanıb 

16:00 08.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xətai rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinyət əşyaları oğurlamaqda şübhəli bilinən Z.Süleymanov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 25-də rayon ərazisindəki evlərin birindən 2320 manat oğurlamaqda şübhəli bilinən Z.Süleymanov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun daha bir evdən 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.