20 yaşlı gənc su kanalında BOĞULUB 

16:21 25.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabirabad rayonunun Qaragüney kəndi ərazisində 20 yaşlı gənc su kanalında boğulub.

Suda boğulan Qaragüney kənd sakini, 2005-ci il təvəllüdlü Səfərağa Elşən oğlu Musayevdir.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.

Hazırda axtarış işləri aparılır.