200-dən çox vətəndaşımız Ciddədən GƏTİRİLDİ

15:14 07.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar olaraq uçuşları ləğv olunmuş ölkə vətəndaşlarının Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilib.

Hafta.az xəbər verir ki, AZAL-a məxsus “Boeing 787 Dreamliner” təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Təxliyə reysi vasitəsilə ümumilikdə 200-dən çox vətəndaşın ölkəyə qayıdışı təmin edilib.