2014-cü ildən bəri Ukraynaya dəyən ziyan 1 trilyon dollardır

09:40 29.03.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Prezident Aparatı rəhbərinin müavini İrina Mudra “Ukrinform”a açıqlamasında deyib ki, Rusiyanın tammiqyaslı hücumlarının başladığı 24 fevral 2022-ci ildən bu yana Ukraynaya 3 il ərzində 589 milyard dollar ziyan dəyib. Rusiya təcavüzünün hər gün davam etdiyinə diqqət çəkən Mudra əlavə edib ki, əslində Rusiyanın vurduğu ziyan on minlərlə insan itkisi ilə birlikdə 1 trilyon dollara çatır.

Hafta.az-ın “Ukrinform”a istinadən yazdığına görə, Dünya Bankının zərər və ehtiyacların qiymətləndirilməsi hesabatında Ukraynanın dolayı maliyyə itkilərinin 2022-ci ildən bu yana təxminən 589 milyard dollara çatdığı qeyd edilib.

Bildirilib ki, hücumlardan ən çox zərər çəkənlər mənzil, nəqliyyat infrastrukturu, enerji, sənaye və təhsildir.