“Covid-19” pandemiyasından sonra dünya iqtisadiyyatında sürətli şəkildə toparlanma müşahidə olunsa da, bu fürsətdən bütün ölkələr eyni səviyyədə yararlana bilməyiblər.
Hafta.az-ın yazdığına görə, “Qlobal İndeks” Avropanın ötən il ərzində ən çox inkişaf edən 10 iqtisadiyyatını sıralayıb. Ölkələrin bütün sahələrdə iqtisadi nəticələrini toplayaraq analiz edən “Qlobal İndeks” maraqlı siyahı tərtib edib.
Avropanın ən kiçik və ən zəif iqtisadiyyatlarından olan Monteneqro illik 4,5 faiz iqtisadi böyümə sürəi ilə bu müstəvidə Avropa ölkələrinə liderlik edib. Qardaş ölkə Türkiyə 4 faizlik böyümə ilə siyahıda ikincidir. İlk üçlüyü 3,8 faiz böyümə ilə Malta tamamlayır.
Siyahıda 3,6 faiz böyümə ilə Albaniya dördüncü, 3,3 faiz böyümə göstəricisi ilə İslandiya beşinci olub.
“Qlobal İndeks”in siyahısına əsasən 2,7 faiz böyüyən Xorvatiya altıncı, 2,5 faiz böyüyən Yunanıstan yeddinci, 2,5 faiz böyüyən Şimali Makedoniya səkkizinci, 2,5 faiz böyüyən İspaniya doqquzuncudur.
Siyahəda ilk onluğu 2,3 faiz iqtisadi böyümə sürətilə Norveç tamamlayır.