2024-cü ildə ən ucqar kəndində belə internetə əlçatanlıq təmin olunacaq - “Azərbaycan İnternet Cəmiyyəti”nin sədri

18:27 15.10.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda internetin keyfiyyəti ilə bağlı problemləri ancaq bir yolla həll etmək mümkündür, o da dövlət və özəl sektorun birgə fəaliyyətidir.

Bu fikirləri hafta.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın sədr müavini, “Azərbaycan İnternet Cəmiyyəti”nin sədri Qalib Qurbanov deyib.

Onun sözlərinə görə, bu yolla internet xidmətinin keyfiyyətinin artırılması,əhatə dairəsinin genişləndirilməsi, ən əsası isə internetin sürəti, əlçatımlığı, dayanıqlığı mümkündür:

"Hazırda bu istiqamətdə cənab nazir Rəşad Nəbiyevin rəhbərliyi altında çox ciddi işlər görülür. Belə ki, nazirin təşəbbüsü ilə “Aztelekom” və “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyində provayderlərin birgə fəaliyyət planı üçün təkliflər hazırlanır. Artıq Bakı şəhərində və respublikanın rayonlarında müəyyən ərazilər provayderlərin fəaliyyəti üçün ayrılıb. Bu mənada hesab edirəm ki, cənab nazirin vurğuladığı kimi 2024-cü ildə bütün Azərbaycanda, ən ucqar kəndində belə internetə əlçatanlıq təmin olunacaq. Çünki mən naziri 2004-cü ildən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində şöbə müdiri vəzifəsinə təyin olunandan tanıyıram. O, yüksək səviyyəli peşəkar, işgüzar insandır və nazirlikdə də qısa müddətdə çox böyük işlər görüb. Eyni zamanda, bilirəm ki, nazir Rəşad Nəbiyev verdiyi sözə əməl edən insandır və 2024-cü ildə Azərbaycanın ən ucqar kəndində belə internetə əlçatanlğın təmin olunması üçün bütün imkanlardan istifadə edəcək".

Oxunma sayı 43