223 iranlı deputat yenidən AZƏRBAYCANI HƏDƏF ALDI

20:39 02.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İranın Azərbaycana güc nümayişi səngimir. Bir ildə sərhəddimizdə iki hərbi təlim keçirən Tehran bu dəfə siyasi səviyyədə öz "dişini" göstərməyə çalışır. "Zəngəzur dəhlizi"nin açılmasını hər vəchlə əngəlləməyə çalışan İranın deputatları Azərbaycanı hədəf alan hərbi təlimlərlə bağlı "birgə bəyanat" qəbul ediblər.

İran Məclisinin (parlament) qanunvericiləri bəyanat yayaraq, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının ölkənin şimalında və Araz bölgəsində sərhədləri qorumaq üçün təlimlər keçirmə gücünü yüksək qiymətləndiriblər.

223 millət vəkilinin imzaladığı bəyanatda İranın sərhəd dəyişikliyinə heç vaxt dözməyəcəyi bildirilib. Qanunvericilər həmçinin İİKK və Silahlı Qüvvələrin qeyri-sabitliyə qarşı durmağa və region dövlətləri arasında gərginlik və münaqişələr yaradanlara qarşı hazır olmasının vacibliyini vurğulayıblar.

Bəyanat Məclisin bu gün səhər keçirilən açıq iclasında oxunub. Bəyanatda deyilir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının hərbi təlimləri qonşu ölkələrə "sülh və davamlı təhlükəsizlik siqnalı, düşmənlərə isə xəbərdarlıq" olub. Millət vəkilləri bildiriblər ki, İslam Respublikası istənilən sui-qəsd, təhdid və müdaxiləyə sərt cavab verəcək.

Siyasət rubrikasından digər xəbərlər