25 mindən çox abituriyent ərizəsini təsdiqlədib  

12:24 18.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2022/2023-cü tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında ərizə qəbulu davam edir. 

Dövlət İmtahan Mərkəzindən hafta.az-a bildirilib ki, ərizələrin qəbulu aprelin 25-dək internet vasitəsilə aparılır. Bu günə olan məlumata görə, 25005 nəfər (Azərbaycan bölməsi - 24319; rus bölməsi - 686) ərizəsini təsdiqlədib.