25 vaqon Rusiya taxılı Ermənistana göndərildi

16:29 01.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti taxıl yüklü vaqonlar göndərilib.

Bu gün Azərbaycan ərazisindən keçməklə ümumi çəkisi 1 746 ton olan 25 ədəd taxıl vaqonu Ermənistan Respublikasına yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan vasitəsilə tranzit keçməklə ümumilikdə 285 taxıl vaqonu (təxminən 19 900 ton) göndərilib.