26 nəfər COVID-19-a yoluxub

21:38 19.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 26 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 391 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 572 nəfər müalicə olunaraq sağalıb, 9 706 nəfər vəfat edib, aktiv xəstə sayı 113 nəfərdir.

Ölkədə son sutka ərzində 4 553, hazırkı dövrədək isə 6 776 404 test aparılıb.