26 nəfərin imtahan nəticəsi ləğv edildi

17:14 10.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 27-28 iyul 2021-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

 

Mərkəzdən hafta.az-a verilən məlumata görə, qəbul imtahanlarında iştirak edən 26 nəfərin nəticəsi ləğv edilib.

 

Həmin abituriyentlər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.