“28 May” metrosunun yaxınlığında razılaşdırılmamış toplantının qarşısı alınıb - DİN

16:21 11.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün – dekabrın 11-də saat 15 radələrində 8-10 nəfərdən ibarət bir qrup şəxs metronun “28 May” stansiyasının yaxınlığında ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarına zidd olaraq, eləcə də icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış toplantı keçirməyə cəhd göstərib.

Hafta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin )DİN) Mətbuat Xidmətinin əməkdaşı Zeyni Hüseynov mətbuatın sorğusuna cavab olaraq bildirib ki, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və həmin şəxslər ərazidən uzaqlaşdırılıblar.

Saxlanılan olmayıb.