Yazını böyüt
Yazını kiçilt
Azərbaycan noyabrın 16-da Ermənistanın dövlət sərhədində törətdiyi təxribat zamanı məhv edilən erməni hərbçilərdən üçünün cəsədini qarşı tərəfə verib.
Hafta.az xəbər verir ki, bunu Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.
O bildirib ki, cəsədlər bu gün axşam saatlarında Ermənistan tərəfə verilib. Onlar Azərbaycan-Ermənistan sərhədində təhvil alınıb.