3 gün komada qalan qazimiz qalib gəlib - VİDEO

12:50 21.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunu, Vətən müharibəsində şücaət göstərən qəhrəmanlarımızdan biri mayor Nicat Əmrəliyev mərmi partlaması nəticəsində ağır yaralanıb.

 

"YAŞAT" Fondundan hafta.az-a verilən məlumata görə, N.Əmrəliyev 3 gün koma vəziyyətində qalıb.

 

Əzmkarlığı və həkimlərin səyi nəticəsində bu mübarizədə qalib gəlib. Müharibə əlili Nicatın müalicə xərcləri, borc öhdəlikləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb, məişət şəraiti yaxşılaşdırılıb.