3 ölkə Qarsda birgə təlim keçirəcək

20:23 10.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan hərbçiləri Türkiyədə keçiriləcək hərbi təlimlərdə iştirak edəcək.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk bu gün keçirilən həftəlik brifinqdə deyib.

O bildirib ki, oktyabrın 13-24-də Türkiyənin Qars şəhərində Azərbaycan və Gürcüstanın da iştirakı ilə Sonsuzluq (Eternity) Sülhü Dəstəkləmə Əməliyyatı təşkil olunacaq.