30-dan çox Türkiyə vətəndaşı ölkə xaricində koronavirusdan ölüb

14:20 25.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

30-dan çox Türkiyə vətəndaşı ölkə xaricində koronavirusun qurbanı olub.

Hafta.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, hazırda ölənlərin Türkiyəyə gətirilməsi üçün işlər aparılır.

Həmin şəxslərin hansı ölkələrdə ölməsi açıqlanmayıb.

Nazirin sözlərinə görə, hökumət Türkiyədə infeksiyanın yayılmasının qarşısını almaq üçün əlindən gələni edir.

Qeyd edək ki, bu günədək Türkiyədə 1 842 nəfər koronavirusa yoluxub, 44 nəfər vəfat edib.

Oxunma sayı 118