Yazını böyüt
Yazını kiçilt
Forbes siyahısında ilk 10 ən gənc milyarderdən biri olan 30 yaşlı milyarder Sem Bankman-Frid 48 saat ərzində bütün varidatını itirib.
Bu, ikinci ən böyük kriptovalyuta birjası FTX-in ABŞ-da iflasa başlaması ilə əlaqədardır. Baş direktor vəzifəsində çalışan Bankman-Frid istefa verib.
Kriptovalyuta bazarı bu həftə tarixinin ən güclü şoklarından birini yaşayıb. Əvvəlcə əsas kriptovalyutalar rəqibi FTX tərəfindən ən böyük kriptovalyuta birjası Binance-i alması xəbəri fonunda düşüb. Binance son anda sövdələşmədən çıxanda bitkoinin qiyməti son iki ilin minimumunu vurub.
FTX qurucusu Sam Bankman-Fried rekord müddətdə milyardlarını itirib.
İki ay əvvəl Forbes Semin sərvətini təxminən 17 milyard dollar qiymətləndirmişdi.