32 300 əlil uşağa reabilitasiya xidmətləri göstərilib

17:08 22.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzlərində bu ilin yanvar-sentyabr aylarında əlilliyi olan 32 min 300 uşağa xidmətlər göstərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a verilən məlumata görə, onlardan 22 min 100-ü ambulator, 1600-ü stasionar, digərləri icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Həmin kateqoriyadan olan uşaqlar agentliyin paytaxtda yerləşən 1 və 2 saylı, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.