37 gün əvvəl kanalda batan gəncin meyiti tapıldı

22:52 10.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Martın 3-də Yuxarı Şirvan kanalının Göyçay rayonu ərazisindən keçən hissəsində batan və bir aydan çoxdur axtarışları davam edən 1995-ci il təvəllüdlü Abdullayev Zamin Elşad oğlunun meyiti aşkar olunub.

Hafta.az-ın məlumatına görə, meyit FHN-in Aran Dalğıc Axtarış Qrupu tərəfindən kanalın Hacıalı kəndi yaxınlığından keçən hissəsində tapılaraq sahilə çıxarılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır./unikal/