40 yaşından sonra ana olan KOREYALI AKTRİSALAR - FOTO

10:03 18.02.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Deyirlər ki, 40 yaşdan sonra həyatın yeni mərhələsi başlayır. Uğurlu karyera quran və 40 yaşından sonra ana olan məşhur koreyalı aktrisalar bu fikrin bariz nümunəsidir.

Hafta.az olaraq bu silsilədən bəzi koreyalı aktrisalar haqda söz açırıq:

Son Ye Jin

Məşhur aktyor Hyun Binlə evli olan aktrisa Son Ye Jin 2022-ci ilin noyabrında ilk dəfə ana olub. Sevincini sevənləri ilə bölüşən aktrisa 2022-ci ilin həyatında silinməz iz qoyduğunu bildirib.

“Bildiyiniz kimi, ailəmizin üzvlərinin sayı daha bir nəfər artdı, övladımız dünyaya gəldi. Mən çox gözəl başa düşürəm ki, uşaq xüsusi qayğı və sevgi tələb edir, mənim də çoxlu insanların köməyinə ehtiyacım var. Bu insanlara ürəkdən təşəkkür edirəm”, - deyə aktrisa bildirib.

Son Ye Jin tamaşaçılara "Yay şousu" serialındakı obrazı ilə yaxşı tanışdır.

Çoi Ci Vu

“Qış sonatası” filmindəki Yevgeni obrazı ilə məşhurlaşan aktrisa Çoi Ci Vu ilk dəfə 2021-ci ilin mayında 45 yaşında ana olub. O, qız uşağı dünyaya gətirib.

Hani Li

Aktrisa Hani Li 40 yaşında Seuldakı doğum evində sağlam qız uşağı dünyaya gətirib. Aktrisa hamilə olduğunu "Bir ay" serialının çəkilişləri zamanı öyrənib.

Li Yeon-e

"Saray cəvahiratı" serialındakı Tangem obrazı ilə tamaşaçıların sevgisini qazanan aktrisa Li Yeon-e 2011-ci ildə əkiz uşaq dünyaya gətirib. Onda onun 40 yaşı var idi.

Aktrisa ABŞ-da yaşayan koreyalı iş adamı ilə evli olduğunu uzun müddət ictimaiyyətdən gizli saxlayıb. Li Yeon-e sosial media səhifələrində tez-tez ana olmağın xoşbəxt anlarının fotolarını və məlumatlarını paylaşır.