44 nəfər COVID-19-a yoluxub, 2 nəfər ölüb

16:37 16.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 44 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 805 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 618 nəfər müalicə olunaraq sağalıb, 9 967 nəfər vəfat edib, aktiv xəstə sayı 220 nəfərdir.

Ölkədə son sutka ərzində 2 101, hazırkı dövrədək isə 7 349 698 test aparılıb.