500 azərbaycanlı Ukraynadan təxliyə edilib

17:05 26.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynada yaranmış vəziyyətlə əlaqədar bir qrup azərbaycanlı bu ölkəni tərk edərək, Moldova ərazisinə keçə bilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən hafta.az-a verilən məlumata görə, Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov bildirib ki, son 3 gündə təxminən 500 azərbaycanlı Moldova ərazisinə keçib.

"80-100 nəfərlik qrup yığılır. Səfirliklə birlikdə avtomobillər təşkil edərək onları Kişinyova gətirib, yerləşdiririk. Hazırda Moldovadakı səfirliyimiz viza problemləri ilə məşğuldur. Rumıniyadan İstanbula uçuş var. Azərbaycan vətəndaşlarının uçması üçün viza lazımdır. İşlərə davam edirik" , - deyə qurum rəsmisi bildirib.