60 yaşında 90 dəfə peyvəndi vurdurdu - SAXTA COVİD PASPORTU SATMAQ ÜÇÜN

18:38 04.04.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Almaniyanın Maqdeburq şəhərində 60 yaşlı bir şəxs Covid-19-a qarşı peyvənd olunmaq istəməyən insanlara peyvənd kartları satmaq üçün 90 dəfə peyvənd edilib.

Hafta.az xəbər verir ki, Almaniyanın Saksoniya əyalətində yerləşən Maqdeburqda 60 yaşlı bir şəxsin Covid-19-a qarşı peyvənd olunmaq istəməyənlərə peyvənd kartları satmaq üçün 90 dəfə Covid-19 peyvəndi etdirdiyi iddia edilib, ta ki polis tərəfindən tutulana qədər.

2 gün dalbadal peyvənd olunmaq üçün Eylenburq şəhərində peyvənd mərkəzinə gələn şəxs polis tərəfindən yaxalanıb. Şübhəlinin boş peyvənd kartları götürülərkən, barəsində cinayət işi başlanıb.

Müxtəlif markalardan 90-a yaxın peyvənd alan şəxsin sağlamlıq durumu ilə bağlı açıqlama verilməyib.

Almaniya polisi son zamanlar peyvənd pasportlarının saxtalaşdırılması ilə bağlı çoxlu əməliyyatlar həyata keçirir.