Yazını böyüt
Yazını kiçilt
Avropa İttifaqı (Aİ) Rusiyanın daha yeddi bankını SWIFT sistemindən kənarlaşdırıb.
Hafta.az-ın məlumatına görə, bu barədə Aİ-nin rəsmi jurnalında deyilir.
Qeyd olunur ki, VTB, "Rossiya", "Otkrıtiye", "Novikombank", "Promsvyazbank", "Sovkombank" və "Vneşekonombank" bankları bu sistemin xidmətlərindən yararlana bilməyəcək.
Rusiyanın digər bankları barəsində bu cür qərar verilməyib.