7 yaşlı uşaq qardaşını maşınla vurub ödürdü 

13:58 29.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Binəqədi rayonunun Binəqədi qəsəbəsində faciə baş verib.

 

Hafta.az xəbər verir ki, 2014-cü il təvəllüdlü N.Valehov nəzarətsiz qalaraq yaşadıqları evin həyətində atasinin avtomobilini işə salaraq arxaya hərəkət etdirib.

 

Bu zaman maşının arxasında dayanan 2013-cü il təvəllüdlü qardaşı nəqliyyat vasitəsinin təkərləri altında qalıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.