8 maşın hərraca çıxarıldı

18:00 19.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün keçirilən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracda 1 yarımçıq tikili və 8 nəqliyyat vasitəsi özəlləşdirilib.

 

Əmlak Məsələləri Dövlət Xidmətindən hafta.az-a verilən məlumata görə, özəlləşdirilən yarımçıq tikili Xaçmaz rayonunun Nabran kəndində yerləşir.

 

Bu əmlaklar üzrə dövlət büdcəsinə 96 750 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

 

Özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə Xidmətin saytından tanış olmaq olar.