İnsanların xaricdən mal almasına əsas səbəb vergilərdir - Ekspert

15:58 03.09.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Pandemiya, sosial məsafə və təhlükəsizlik tədbirləri son bir ildə həyatımızın əsas qanunlarından birinə çevrilib. Bu səbəbdən il boyu tədbirlər çərçivəsində açılıb-bağlanan mollar, ticarət mərkəzləri və geyim mağazaları onlayn alış-verişlərin çoxalmasına gətirib çıxardı. Onlayn ticarət müştərilər üçün daha çox xaricdən ucuz və keyfiyyətli geyim, məişət əşyaları və digər texniki vasitələrin alışı zamanı faydıdır.

 Bu işdə alıcıların imdadına isə daşınma şirkətləri yetişir. Hazırda ölkəmizdə 30-a yaxın belə şirkət var və onların da daşınma xidmətinin haqqı ölkələrə görə dəyişir. Ortalama qiymətlər çıxarsaq alacağımız nəticə 1 kilıoqram yük Türkiyədən 4,5-6$, Amerika, Dubay və Rusiyadan isə 7,5-12$ olar. Bəs görəsən daşınma xərcləri də üzərinə gəldikdə həmin məhsulu elə yerli mağazalardan əldə etmək daha əlverişli deyil? Vətəndaşlar bu mövzuda fərqli düşüncədədirlər. Kimisi deyir “məhsulu xaricdən ucuz qiymətə alıram, daşınma xərci elə çox çıxır ki, elə burdan alsam daha sərfəli olar”. Kimisi də, daşınma şirkətklərinin qiymətindən razılıq edir və xaricdən onlayn alış-verişin xeyli sərfəli olduğunu düşünür.

Məsələ ilə bağlı hafta.az-a danışan iqtisadçı ekspert Elnur Quliyev hesab edir ki, insanları xaricdən mal almağa təşviq edən əsas səbəb daşınma xərcləri yox, vergilərdir. Hazırda ölkəmizdə 30-a yaxın karqo şirkəti var. Onlar da öz aralarında rəqabəti təmin etmək üçün qiyməti aşağı salırlar. Xaricdən məhsul almaq üçün vətəndaşı təşviq edən ilk səbəb vergidir:

“Yerli mağaza Türkiyədən mal alıb satışa çıxaranda malın üzərinə gəlir və əlavə vergilərin də qiymətini qoyur. Lakin müştəri Türkiyədəki mağazadan birbaşa məhsul əldə etdikdə qiymət qat-qat ucuz başa gəlir. Logistika şirkətlərində əsasən sahəvi sektordan asılı olaraq daşınmanın qiyməti dəyişir. Bu da ölkəyə qoyulan idxal rüsumlarından asılıdır. Görünən odur ki, rəqabətli mühitdə logistika şirkətləri daşınmanı minimum qiymətlərlə həyata keçirməyə çalışır. Daşınma xidmətinin xərci müddətlə də əlaqədardır. Burada prinsip nə qədər tez o qədər bahlıdır. Tez istənildiyi halda hava nəqliyyatı ilə çatdırılma həyata keçirilir”.

İqtisadiyyat rubrikasından digər xəbərlər