“İraq hamı üçün açıq ölkə deyil” - Baş nazir

09:12 19.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İraqın baş naziri Məhəmməd Şia əs-Sudani, “İraq hamı üçün açıq ölkə deyil. Torpaqlarımızı hər cür hücumdan qorumaq üçün qanuni və diplomatik hüquqlarımızdan istifadə edəcəyik”, - deyib.

Hafta.az-ın yazdığına görə, Vaşinqtonda jurnalistlərlə görüşən Sudani, "İŞİD-ə qarşı mübarizə üçün 86 ölkədən ibarət beynəlxalq koalisiyanın İraqda bir kvadratmetrə belə nəzarət etməyən təşkilatı məğlub etdikdən sonra qalmasına heç bir səbəb yoxdur" deyib. “İraqda geri çəkiləcək heç bir döyüş qüvvəsi yoxdur. 2024-cü ildə İraq koalisiya qüvvələrinin vəzifəyə başladığı 2014-cü ildəki İraqdan fərqlidir”, - o deyib.

İraqdakı “Kataib Hizbullah” təşkilatının xarici qərargah və obyektlərə qarşı silahlı hücumlarına cavab verən Sudani, İranın vəkil qüvvələrinin olduğu bölgələrdə hər cür silahlı hücumu rədd etdiklərini, heç bir silahlı qruplaşmanın sabitliyi pozmasına icazə verməyəcəklərini bildirib.

Sudani ölkəsinin İrandan İsrailə qarşı hücumda raket və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edildiyinə dair xəbərlər aldığını, xüsusilə də İranın İraqın hava məkanını pozduğuna dair məlumatları yalanlayaraq, İraqın İsraillə İran arasında mövcud gərginlikdə iştirakını inkar edib.

Mövcud gərginliyin əsas səbəbinin Fələstin məsələsi olduğunu vurğulayan Sudani: “Mövqemiz ondan ibarətdir ki, Qəzzada müharibə dayandırılmalı, yardımlar çatdırılmalıdır".

Oxunma sayı 41