İraqdan Azərbaycana pul köçürmələri 7 dəfəyədək artıb

15:20 11.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2023-cü ildə İraqdan Azərbaycana fiziki şəxslər tərəfindən 19 milyon 463 min ABŞ dolları dəyərində pul baratları köçürülüb.

“APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 6.8 dəfə və ya 16.5 milyon ABŞ dolları artıb.

Qeyd edək ki, ötən il xaricdən Azərbaycana fiziki şəxslər tərəfindən köçürülən pul baratlarının həcmi əvvəlki illə müqayisədə 54.3% azalaraq 1 milyard 654.8 milyon ABŞ dolları təşkil edib.

Oxunma sayı 139