İspaniyanın Baş nazirinə partlayıcı maddələr olan paketlər göndərildi

16:20 01.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İspaniyanın təhlükəsizlik xidmətləri daha iki paket partlayıcı aşkar ediblər. Bu barədə El Mundo məlumat yayıb.

Bağlamalardan biri İspaniyanın baş naziri Pedro Sançes üçün nəzərdə tutulub və noyabrın 24-də göndərilib, lakin ölkə rəhbərliyi bu barədə yalnız bu gün məlumat verib.

“Polis Milli Ədliyyə Məhkəməsinə məlumat verib ki, Sançesə pirotexniki materialların olduğu zərf göndəriblər, həmin zərf prezident administrasiyasının təhlükəsizlik xidmətləri tərəfindən aşkar edilərək zərərsizləşdirilib”.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Sançesə ünvanlanan zərf İspaniyadan adi poçt vasitəsilə göndərilib.

Dördüncü belə paket ölkənin Müdafiə Nazirliyinə daxil olub. Hazırda müstəntiqlər şübhəli bağlamaya baxış keçirir və onun başqaları ilə əlaqəsi olub-olmadığını öyrənməyə çalışırlar.

Oxunma sayı 1506