Yazını böyüt
Yazını kiçilt
Fələstin Jurnalistlər Birliyi İsrailin Qəzzaya hücumları nəticəsində 11 jurnalistin öldüyünü açıqlayıb.
Hafta.az-ın yazdığına görə, açıqlamada 2 jurnalistin hələ də itkin düşdüyü və heç bir xəbər alınmadığı bildirilib. Hücumlarda 20-dən çox mətbuat mənsubunun da yaralandığı və hazırda müalicə aldığı açıqlanıb.
Həmas - İsrail qarşıdurması başladığı gündən İsrail ordusu ilə Hizbullah arasında gərginlik yaşanır. İsrailin Alma Şaab qəsəbəsinə atdığı raketlər nəticəsində “Reuters”in operatoru İssam Abdulla həlak olub, “Əl-Cəzirə” və AFP-nin müxbirləri yaralanıb.
Livan İsrailin jurnalistləri qəsdən öldürdüyünü iddia edərək, Təl-Əvivlə bağlı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına şikayət edəcəyini açıqlamışdı.