İstanbulda tramvay avtobusa çırpılıb - 33 nəfər yaralanıb

16:16 05.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İstanbulda tramvay sərnişin avtobusuna çırpılıb. Bu barədə aa.com.tr məlumat yayıb.

Qeyd olunur ki, Türkiyə şəhərinin şimalında Alibeyköy ərazisində tramvay avtobusa çırpılıb. Qəza nəticəsində avtobusa ciddi ziyan dəyib. Qəza nəticəsində 33 nəfər xəsarət alıb, onların hamısına yardım göstərilir.

Qəza baş verən ərazidə tramvayların hərəkəti dayandırılıb. Qəzaya səbəb tramvay xəttindəki nasazlıq siqnalı ola bilər.

Oxunma sayı 1708